İstİfadəçİ Şərtlərİ

1. Ümumi şərtlər

1.1 İstifadəçi bu razılaşmanı qəbul etməklə “Otomall”a məxsus platformada (bundan sonra Platforma) qeydiyyatdan keçir və şərtləri qəbul etdiyini təsdiqləyir.
1.2 İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və platformadakı xidmətlərdən istifadə edən istənilən hüquq səlahiyyəti olan şəxsdir.
1.3 Platforma qaydalarda edilən dəyişiklik barədə istifadəçiləri məlumatlandırmağa zəmanət verir.
1.4 İstifadəçinin şəxsi informasiyası — İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, İstifadəçi özü haqqında, İstifadəçinin şəxsi məlumatları, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa informasiyalar daxil olmaqla təqdim edilir.
1.5 İnformasiya — Platformada İstifadəçi və ya Otomall tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.
1.6 Müştərinin Otomall platformasında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.otomall.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.
1.7 İstifadəçi şifrəsini gizli saxlamağı öz öhdəsinə götürür. İstifadəçi şəxsi elektron ünvanından və şifrədən istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Platformanın xidmətlərindən yalnız öz şəxsi elektron ünvanı və şifrə vasitəsilə istifadə etmək hüququna malikdir.
1.8 İstifadəçidə onun öz kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür.
1.9 İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması halında, həmçinin başqa səbəblərdən öz istədiyi kimi Platforma İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

2. Məxfiliyin qorunması

2.1 Platforma istifadəçinin şəxsi məlumatlarını qorumağa, texniki təhlükəsizliyə və məxfiliyə zəmanət verir.
2.2 İstifadəçinin şəxsi məlumatlarının məxfiliyinin qorunmasına platforma məsuliyyət daşıyır. Məlumatlar yalnız müstəsna hallarda, istifadəçinin yazılı icazəsi və ya məhkəmə qərarı əsasında verilə bilər.
2.3 İstifadəçi şəxsi məlumatlarını (şəxsi kabinet şifrəsini, loqin və s.) digər şəxslərə verməməlidir və buna görə özü məsuliyyət daşıyır.

3. Məxfilik siyasətinə dəyişikliklərin daxil edilməsi

3.1 Platforma Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.
3.2 Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o, razılaşır və bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.

4. Platformadan istifadə. Elanların yerləşdirilməsi

4.1 Otomall formu doldurandan sonra bütün qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş İstifadəçilərə Platformada elanları yerləşdirmək hüququnu verir.
4.2 Platforma elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
4.3 İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Platforma məsuliyyət daşımır.
4.4 Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün Platforma İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Platformada İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu öz üzərində saxlayır.
4.5 Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadlar qoymaq qadağandır.
4.6 Platforma istənilən vaxt, istənilən elanın nümayişini başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən dayandırmaq hüququna malikdir.
4.7 Platforma elanlara düzəliş etmək, onları başqa rubrikalara keçirmək, həmçinin İstifadəçilərin elanları ilə istənilən başqa hərəkətləri etmək hüququna malikdir.
4.8 Platforma elanların yerləşdirilməsindən imtina etmək hüququna malikdir.
4.9 İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyət daşıyır.

5. Digər şərtlər

5.1 Platforma birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Platformada dərc edildiyi tarixdən qüvvəyə minir.
5.2 Bütün mübahisələrə dair Azərbaycan Respublikasının Qanunvericiliyi tətbiq edilir.
5.3 Hazırkı Razılaşmanın və Servis xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
5.4 Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.